27 
Yan
2021
19:10
125
47
2364
Virtual karabakh

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri açıqlanıb

27 Yan, 2021
19:10
2364

Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 28 milyard 951 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, ötən ilin göstəriciləri ilə müqayisədə əməliyyatların həcmi 24,6 faiz artıb.

2020-ci ildə debet və kredit kartlar vasitəsilə 226 milyon 455 min əməliyyat aparılıb. Əməliyyatların ümumi həcmi 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 39,5 faiz artıb.  

Ötən il ölkədə kredit kartları üzrə 31 milyon 730 min əməliyyat aparılıb. Əməliyyatların sayı 2019-cu illə müqayisədə 68,4 faiz artıb. Əməliyyatların həcmi isə 1 milyard 852 milyon manat təşkil edib ki, bu, əvvəlki illə müqayisədə 15,7 faiz çoxdur.

İstifadə edilən ödəniş kartlarının ümumi sayı 9 milyon 230 min olub. Dövriyyədə olan ödəniş kartlarından 8 milyon 137 mini debet kartlarının, 1 milyon 93 mini isə kredit kartlarının payına düşüb.

Debet kartlarının böyük qismini - 42,3 faizini sosial kartlar, 30,7 faizini əməkhaqqı kartları, 26,9 faizini isə digər kartlar təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri