28 
Yan
2021
12:21
156
15
1222
Virtual karabakh

Azərbaycan məhsulları üç beynəlxalq sərgidə nümayiş olunacaq

28 Yan, 2021
12:21
1222

Azərbaycan məhsulları üç beynəlxalq sərgidə nümayiş olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Azərbaycan üç böyük beynəlxalq sərgidə iştirak edəcək.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-ci ilin birinci yarısı üçün Azərbaycan məhsullarının nümayiş olunacağı sərgilərdən ilki Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 21-25 fevral tarixlərində keçiriləcək “Gulfood 2021” beynəlxalq qida sərgisi olacaq.

Növbəti dövrdə isə ölkəmiz 21-27 mart tarixlərində Çin Xalq Respublikasının Çenqdu şəhərində “China Food and Drinks Fair and TAOWINE Hotel Show” şərab və spirtli içkilər sərgisində, 30 mart-2 aprel tarixlərində isə Rusiya Federasiyasının Moskva şəhərində “Mosbuild” beynəlxalq tikinti materialları sərgisində öz məhsullarını nümayiş etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri