Fev
2021
12:21
242
28
1793
Virtual karabakh

Rusiya Azərbaycanın daha 27 müəssisəsinə qoyduğu qadağanı aradan qaldırdı

5 Fev, 2021
12:21
1793

Rusiya Azərbaycanın daha 27 müəssisəsinə qoyduğu qadağanı aradan qaldırdı

Daha 27 müəssisədən Rusiya Federasiyasına alma ixracına icazə verilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Belə ki, AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr və Agentlik tərəfindən təqdim olunan məlumatların təhlili nəticəsində səkkiz fevral tarixindən növbəti 27 müəssisədən Rusiya Federasiyasına alma ixracına icazə verilib.

Bildirilib ki, Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiya Federasiyasına məhsul ixracına icazə verilib. Beləliklə, bu ölkəyə alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-ə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri