10 
Fev
2021
17:36
30
145
1087
Virtual karabakh

Dünya Bankı Azərbaycan üzrə iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq - FOTO

10 Fev, 2021
17:36
1087

Dünya Bankı Azərbaycan üzrə iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyi və əlaqələrin çoxşaxəli olduğu vurğulanıb.

Bankla əməkdaşlığın inkişaf istiqamətləri və Azərbaycanda aparılan islahatlara dəstək barədə müzakirələrin aparıldığı görüşdə Dünya Bankının Azərbaycan üzrə hazırlayacağı xüsusi iqtisadi və maliyyə araşdırmalarının əhəmiyyəti qeyd edilib, araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb.

Bildirilib ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (Country Economic Memorandum-CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) və Sistematik Ölkə Diaqnostikası (Systematic Country Diagnostic - SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.

Görüşdə qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri