Ölkədə baş verən qəzalarda ən çox zərər çəkən avtomobillərin sayı açıqlandı - SİYAHI
Ölkədə baş verən qəzalarda ən çox zərər çəkən avtomobillərin sayı açıqlandı - SİYAHI
Sığorta hadisələrində ən çox zərər çəkən avtomobil markalarının siyahısı açıqlanıb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində məlumat verib.
ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər dəymiş avtomobil markaları və onların sayı açıqlanıb.
“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər çəkən avtomobil markaları siyahısına 2 187 dəfə qəzaya uğramaqla “Mercedes-Benz” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 1 604 dəfə qəza ilə “LADA”, 3-cü yerdə isə 860 dəfə zərərçəkmə ilə “Hyundai” markalı avtomobillər qərarlaşıb.
2020-ci ildə ən çox zərər çəkən avtomobil markaları aşağıdakı kimi təsnif olunub:
“Toyota” - 860 dəfə zərərçəkmə
“Opel” - 609 dəfə zərərçəkmə
KIA - 474 dəfə zərərçəkmə
“Nissan” - 383 dəfə zərərçəkmə
BMW - 313 dəfə zərərçəkmə
“Ford” - 248 dəfə zərərçəkmə
“Chevrolet” - 257 dəfə zərərçəkmə