19 
Fev
2021
17:54
345
17
1981
Virtual karabakh

Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

19 Fev, 2021
17:54
1981

Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC yanında “ADY Konteyner” MMC məlumat verib.

Bildirilir ki, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma Maersk və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau - Ələt fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan  41-i Sian, 15-i isə Çinqdao şəhərindən yola salınıb. Qatarın yükü, əsasən avtomobil şinləridir.

Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri