19 
Fev
2021
18:42
242
66
4279
Virtual karabakh

Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb

19 Fev, 2021
18:42
4279

Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, bu qrupdan olan SOCAR əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar. Vaksinasiyadan keçmiş və ya COVİD-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur. Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülüb.

Xatırladaq ki, pandemiya müddətində neft və qaz hasilatının davamlılığının təmin edilməsi və dəniz obyektlərində çalışan işçi heyətin infeksiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə növbəli iş rejimində çalışan personal indiyə qədər növbədən əvvəl karantin zonasında COVİD-19 testindən keçirilir və 7 gün ərzində həmin zonada yaşamalı olurdu. Yalnız təkrar test nəticəsində infeksiyaya yoluxmadıqları təsdiq olunduqdan sonra onlar dəniz obyektlərinə göndərilirdilər. Pandemiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin bütün aparıcı şirkət və müəssisələri kimi SOCAR da xüsusi iş rejiminə keçmiş, dəniz obyektlərində ənənəvi şəkildə tətbiq olunan 15 günlük iş növbəsinin 30 günədək uzadılması məqsədəuyğun sayılmışdı. Lakin iş və istirahət günlərinin illik sayı dəyişməz qalsa da, bu iş rejimi və dəniz neftçilərinin karantində keçirməli olduğu əlavə günlər onlar üçün əlavə psixoloji və sosial gərginlik yaradırdı. Bu zaman işin təşkili baxımından müəyyən çətinliklər yaranır, əlavə vəsait və resurslar sərf olunurdu. Odur ki, 30 günlük iş rejimindən ənənəvi rejimə keçirilməsi imkanları daim araşdırılırdı.

Prezident İlham Əliyev cənablarının gərgin səyləri nəticəsində respublikamızda vaksinasiya proseslərinə dünyanın aparıcı ölkələri ilə eyni vaxtda başlanılması əhalinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Ölkəmizdə vaksinasiya prosesinin belə tezliklə start götürməsi SOCAR-ın dəniz obyektlərində ənənəvi növbəlilik rejiminin bərpa olunması üçün də əlverişli imkan yaradıb. Yaranmış imkanı yüksək dəyərləndirən SOCAR rəhbərliyi dəniz neftçilərinin ilk növbədə peyvənd olunması xahişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib, bu müraciət müsbət cavablandırılıb.

SOCAR-ın dəniz obyektlərində 10 mindən çox işçi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri