20 
Fev
2021
10:28
463
17
3516
Virtual karabakh

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

20 Fev, 2021
10:28
3516

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqaviləni təsdiqləyib və saziş qüvvəyə minib.

Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında" saziş imzalanıb.

Sözügedən razılaşma Azərbaycan və Türkiyənin enerji və mədən sənayesində həyata keçiriləcək ortaq layihələrin əsaslarını müəyyənləşdirir. Razılaşmaya əsasən, iki ölkə birlikdə enerji və mineral kəşfiyyat işləri aparacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri