21 
Fev
2021
09:50
562
14
2088
Virtual karabakh

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlığa başlayır

21 Fev, 2021
09:50
2088

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlığa başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətidədir.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım bildirib.

O deyib ki, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var:

“Bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”.

Bundan başqa, kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılacağı qeyd olunub. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri