23 
Fev
2021
09:30
98
49
12921
Virtual karabakh

Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH

23 Fev, 2021
09:30
12921

Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dollar indeksi ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir. İndeks yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu və İsveçrə frankına nisbətdə müəyyənləşir. Son həftələr ərzində indeksə əsasən ABŞ dollarının digər valyutalar qarşısında dəyərdən düşdüyünü görürük. Bəs, dolların digər valyutalar qarşısında dəyərdən düşməsi manat və dollar nisbətinə təsir edə bilərmi?

Bununla bağlı Dünya Bankının, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının baş məsləhətçisi İlqar Tağıyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, dollar indeksi düşürsə, bu o deməkdir ki, ABŞ dolları digər əsas valyutalar qarşısında ucuzlaşır. Eyni zamanda, Azərbaycan üçün manatın məzənnəsinin müəyyənləşməsinin digər bir faktoru neftin dünya bazarındakı qiymətinin artmasıdır. Bu iki proses fonunda bəzi reallıqlar mövcuddur:

“Sadalanan prosesləri nəzərə alsaq yaxın müddət ərzində dolların manata nəzərən dəyərinin artacağını düşünmək olmaz. Bu yaxın perspektivdə baş verə biləcək reallıq deyil. Lakin, bütün bunların fonunda, ABŞ dollarının digər valyutalar qarşısında ucuzlaşması, dünya bazarında neftin qiymətinin artması Azərbaycanda dolların qiymətinə təsir etməyəcək. Bir sözlə, yenə də dolların qiymətinin aşağı düşməsini gözləmək olmaz. Yəni, bir dollar üçün 1.7 manat stabil məzənnə olduğu kimi saxlanılacaq”.

Onun sözlərinə görə, vətəndaşlarımız da bu statistika ilə tanışdır və yaxın dövr ərzində kütləvi şəkildə dollar almaq məsələsi də səngiyəcək:

“Müvafiq olaraq banklar da Mərkəzi Bankdan valyutanın alışını məhdudlaşdıracaq. Yaxın vaxtlarda Azərbaycanda dolların bahalaşacağını gözləmək olmaz”. 

İlqar Tağızadə Mərkəzi Bankın bu qərara getməməsinin səbəblərinə də aydınlıq gətirib:

“Nəyə görə Mərkəzi Bank bu qərara getməz? Çünki, onun rezervləri dolların bahalaşdığı dövrdə kifayət qədər azaldı. Əslində, ABŞ dollarının qiymətinin endirilməsinin tərəfdarı da deyiləm. Çünki, bizim iqtisadiyyat məzənnənin sərbəst buraxılmasına öyrəşməyib. Məsələn, Türkiyədə məzənnə konkret olaraq dollar indeksinə bağlı bir məsələdir. Lakin, Azərbaycanda bu belə deyil”.

O əlavə edib ki, bizim büdcəmiz əsasən neftlə formalaşdığına görə ölkəyə daxil olan valyuta da neftin qiymətinə əsaslanır:

“Bu özünü dərhal yox, müəyyən müddətdən sonra büdcəyə öz təsirini göstərəcək. Təbii ki, bəzi proseslərlə əlaqədar vəsaitin daxil olması vaxt çəkə bilər. Lakin, bu faktdır ki, neft bahalaşdıqca ölkəyə daxilolmaların həcmi də artacaq”. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri