22 
Fev
2021
17:18
146
29
2649
Virtual karabakh

Azərbaycanın hansı məhsulları Dubayda nümayiş olunur? - FOTO

22 Fev, 2021
17:18
2649

Azərbaycanın hansı məhsulları Dubayda nümayiş olunur? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Fevralın 25-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri