25 
Fev
2021
14:36
63
34
1647
Virtual karabakh

“Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl”ın dövlətə məxsus səhmləri özəlləşdirilib

25 Fev, 2021
14:36
1647

“Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl”ın dövlətə məxsus səhmləri özəlləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

Komitədən verilən məlumata əsasən, hərracda dörd dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Beyləqan rayonu və Siyəzən şəhərində yerləşir. Hərracda, həmçinin “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri də özəlləşdirilib.

Məlumatda bildirilib ki, hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər üçün seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri