Mar
2021
12:04
30
102
938
Virtual karabakh

Orxan Məmmədov: “Kiçik sahibkarlar regionlarda kredit müraciətləri edərkən çətinliklərlə üzləşirlər”

“Sahibkarlar arasında keçirilən sorğular real mənzərəni görmək üçün ciddi alətlərdəndir. Sorğular nəticəsində onların ən çox hansı qanunlarda dəyişiklik istədiklərini də müəyyən etmiş oluruq”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:

“Sorğular nəticəsində sahibkarların ən çox maliyyə çıxışlarında problemlərlə üzləşdiyi məlum olur. Eləcə də, banklarla problem yaşadıqlarını bildirirlər, xüsusilə də sənədləşmədə.

Eləcə də, kiçik sahibkarlar regionlarda kredit müraciətləri edərkən çətinliklərlə üzləşirlər. Onlar sənədlərin azalmasını, kredit alışının asanlaşdırılmasını, maliyyə bazarlarına çıxışın sadələşdirilməsini istəyirlər. 

Son dövrlərdə bu problemlərin aradan qaldırılması ilə bağlı müvafiq işlər görülməkdədir. Agentlik də bu məsələlərə xüsusi diqqət ayırır”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri