Mar
2021
13:18
29
172
1374
Virtual karabakh

Rusiya buğdanın ixrac rüsumunu artırdı

1 Mar, 2021
13:18
1374

Rusiya buğdanın ixrac rüsumunu artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən Rusiya buğdanın ixrac rüsumunun bir tonunu 50 avroya (102 AZN) qədər artırır.

Vesti.ru xəbər verir ki, bu barədə fərman yanvarın 26-da imzalanıb.

Yeni rüsum buğda, qarğıdalı, arpa və çovdar ixracı kvotası daxilində qüvvədədir.

Kvota çərçivəsində 15 martdan etibarən qarğıdalı (1 tonu 25 avro) və arpa (1 tonu 10 avro) ixracatı üçün rüsum mövcuddur. Çovdarın xaricə çatdırılması üçün rüsum ödənilmir.

Bildirilir ki, bu qərar ixracatın azaldılmasına kömək edəcək və bazar iştirakçılarının kənd təsərrüfatı xammalı ixracından yüksək əlavə dəyəri olan məhsulların ixracına yönəldilməsinə imkan yaradacaq.

Yeni rüsumlar 1 iyun tarixinə qədər qüvvədədir və 2 iyun tarixindən etibarən səlahiyyətlilər bu sahədə üzən rüsumlar tətbiq edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri