Mar
2021
14:00
95
32
1724
Virtual karabakh

Kiçik və orta sahibkarlıq fəaliyyətinin dövriyyə limitlərinin yenidən baxılmasına ehtiyac var

1 Mar, 2021
14:00
1724

Kiçik və orta sahibkarlıq fəaliyyətinin dövriyyə limitlərinin yenidən baxılmasına ehtiyac var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bölgüsü meyarları üzrə illik gəlir limitinin dəyişdirilməsinə ehtiyac var.  

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.

O bildirib ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq üzrə dövriyyə limiti 30 milyon manata qədər müəyyən edilib. 

“Daha öncə bu rəqəm 200 min manata qədər idi və bu istiqamətdə ilkin sənəd ötən əsrin 90-cı illərində qəbul edilib. 2018-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları təsdiq edildi. Əlbəttə ki, yeni durumu nəzərə alsaq bu göstəricinin təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu müzakirəyə çıxarılmalıdır. 

Orxan Məmmədov qeyd edib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dövriyyə limitlərinə yenidən baxılmasına ehtiyac vardır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri