Mar
2021
14:42
81
25
2445
Virtual karabakh

Azərbaycan xaricə ən çox hansı məhsulları satıb? - FOTO

1 Mar, 2021
14:42
2445

Azərbaycan xaricə ən çox hansı məhsulları satıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 faiz artıb.

2021-ci ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana  6,4 milyon, Çinə 4,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin yanvar - fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

2021-ci ilin iki ayı ərzində meyvə-tərəvəz ixracı 37 milyon, pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı üç milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı bir milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 1,7 milyon, çay ixracı 760 min ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri