Mar
2021
16:12
18
106
1981
Virtual karabakh

Xarici vətəndaşlar ölkəmizdə bank kartları vasitəsi ilə nə qədər pul xərcləyib? - FOTO

1 Mar, 2021
16:12
1981

Xarici vətəndaşlar ölkəmizdə bank kartları vasitəsi ilə nə qədər pul xərcləyib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25 milyon manat təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında məlumat verilib.

Belə ki, bu rəqəm 2019-cu ilin yanvar ayı ilə müqayisədə 3,5 dəfə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,4 dəfə azdır.

Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib. 2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri