Mar
2021
17:12
62
18
1069
Virtual karabakh

“Bir Pəncərə” vasitəsilə ixrac olunan malların çeşidi açıqlandı - FOTO

2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Belə ki, yanvar ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 2017-ci ildən 2021-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 502,2 milyon ABŞ dolları təşkil edib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatlar üzrə ən çox məhsul İsveçrəyə (64,5 faiz), Rusiyaya (10,2 faiz), Gürcüstana (9,4 faiz), Türkiyəyə (7,2 faiz), Ukraynaya (0,8 faiz) ixrac olunub.

İxraca Dəstək Mərkəzinin ixrac etdiyi məhsulların bölgüsündə qiymətli metallar 64,5 faiz, polad armatur yayması 11,7 faiz, günəbaxan yağları 10,1 faiz, süd məhsulları 6,1 faiz, meyvə şirələri 1,9 faiz təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri