Mar
2021
20:11
42
165
3192
Virtual karabakh

Mikayıl Cabbarovdan BMT və Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədi barəsində AÇIQLAMA

1 Mar, 2021
20:11
3192

Mikayıl Cabbarovdan BMT və Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədi barəsində AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu sənədin imzalanması həmkar qurumların, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatı ailəsinə daxil olan təşkilatların birgə fəaliyyətin nəticəsidir”.

Bu sözləri İqtisadiyyat Naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sənədin əsas hədəfləri ölkəmizin milli inkişaf prioritetləri ilə uyğunluq təşkil edir. 

“Bu sənəd davamlı inkişaf məqsədlərini əks etdirir. Əsas dörd istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətlərdən birincisi, inkluziv artımın təmin edilməsi, ikincisi göstərilən sosial xidmətlər sahəsində institutların inkişaf edilməsi, üçüncüsü müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsi, dördüncü olaraq isə qadınların həyatın müxtəlif sahələrində inkluzivliyinin, aktivliyinin və iştirakının təmin edilməsidir. Bu məqsədlə müvafiq işçi qrupları və idarəedici komitə yaradılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri