Mar
2021
11:45
29
285
1846
Virtual karabakh

Səfər Mehdiyev: “Gömrük orqanları büdcəyə ödənişləri artırıb”

4 Mar, 2021
11:45
1846

Səfər Mehdiyev: “Gömrük orqanları büdcəyə ödənişləri artırıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il gömrük orqanları üçün uğurlu bir il kimi yadda qalıb.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.

“Gömrük orqanları tərəfindən 2015-2017-ci illərdə 6 milyard 493 milyon manata yaxın vəsait dövlət büdcəsinə toplanılıb. 2018-2020-ci illər ərzində isə bu göstərici artıq 11 milyard 780 milyon manat olub.

Əvvəlki 3 illə müqayisədə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 5,3 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu da büdcə daxilolmalarında DGK-nın xüsusi çəkisini  9,1 faizdən 18-19 faizə qədər artırıb”, - deyə Səfər Mehdiyev əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri