Mar
2021
16:12
185
17
1561
Virtual karabakh

Pandemiyaya baxmayaraq, azərbaycanlı iş adamları bizneslərini genişləndirmək istəyir - SORĞU

4 Mar, 2021
16:12
1561

Pandemiyaya baxmayaraq, azərbaycanlı iş adamları bizneslərini genişləndirmək istəyir - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alman-Azərbaycan Xarici Ticarət Palatası kiçik və orta biznes subyektlərinin fəaliyyət imkanlarını və potensialını əhatə edən sorğu həyata keçirib.

Oxu.Az-ın məlumatına görə, sorğuda Azərbaycan, Belarus, Gürcüstan və Ukraynadan olan ümumi 150 kiçik və orta sahibkarlıq subyekti iştirak edib.

Onlayn sorğunun nəticələrinə əsasən, pandemiyaya baxmayaraq sahibkarlar gələcək biznes fəaliyyətləri ilə bağlı nikbin fikirlər irəli sürüblər. Belə ki, turizm şirkətlərinin təxminən 90 faizi və kənd təsərrüfatı ilə məşğul olan sahibkarların 70 faizi pandemiyanın fəaliyyətlərinə və ixraca mənfi təsirlərinin olduğunu qeyd etsələr də, ümumilikdə iştirakçıların 98 faizi işlərinə davam edəcəklərini, hətta, bizneslərini genişləndirməyi planlaşdırdıqlarını deyiblər.

Kənd təsərrüfatı şirkətlərinin dörddə üçü və turizm şirkətlərinin isə üçdə iki hissəsi yeni bazarlara çıxış əldə etmək istədiklərini əlavə ediblər. Bu baxımdan, bazara giriş etmək üçün yüksək vəsaitin və etibarlı iş ortaqlarının müəyyən edilməsinin problem olaraq qaldığını bildirirlər.

Şirkət təsisçiləri hüquqi baxımdan kişilər və qadınların biznes qurma şanslarının eyni olduğunu təsdiq ediblər və sorğuda iştirak edən şirkətlərin 75 faizi tamamilə bu faktla razılaşıb. 

Qeyd edək ki, sorğuda iştirak edən sahibkarlıq subyektlərinin 41 faizi Azərbaycan, 26 faizi Belarus, 18 faizi Ukrayna, 15 faizi Gürcüstan üzrə qeydiyyatdadır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri