Mar
2021
09:48
94
17
1840
Virtual karabakh

Azərbaycan “OPEC+” çərçivəsində ixtisarların apreldə də davamına razılıq verdi

5 Mar, 2021
09:48
1840

Azərbaycan “OPEC+” çərçivəsində ixtisarların apreldə də davamına razılıq verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan “OPEC +” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 2018-ci ilin oktyabr ayında hasilat səviyyəsindən gündəlik 123 min barel azalma həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barel səviyyəsində saxlanılacaq. “OPEC +” ölkələrinin  gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barel təşkil edəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 milyon barel artırılması, “OPEC +” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 milyon barelədək yumşaldılması razılaşdırılmışdı.

Bu çərçivədə “OPEC +” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel azaldılmasına qərar verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri