Mar
2021
12:18
214
18
2173
Virtual karabakh

Ölkəmizdə su ehtiyatları peyk təsvirləri vasitəsilə tədqiq ediləcək

5 Mar, 2021
12:18
2173

Ölkəmizdə su ehtiyatları peyk təsvirləri vasitəsilə tədqiq ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos”da “Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub.

Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiq edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir.

“Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri