Mar
2021
11:06
36
187
1637
Virtual karabakh

“Bitcoin”in qiyməti 51 min dolları keçdi

8 Mar, 2021
11:06
1637

“Bitcoin”in qiyməti 51 min dolları keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bitcoin”in dəyəri 5,1 faiz artaraq 51 302 dollara çatıb.

Bu barədə “CoinDesk” portalı məlumat yayıb.

“Bitcoin”in kursu ticarət əməliyyatlarının gedişində sonradan 51 018 dollara qədər geriləyib.

Qeyd edək ki, “Bitcoin” - 2008-ci ildə Satosi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunub, 2009-cu ildə açıq-mənbəli proqram kimi istifadəyə verilib. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən asılı deyil. “Bitcoin” heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

“Bitcoin” əməliyyatların təhlükəsizliyi “bitcoin miner” adlanan serverlər tərəfindən təmin edilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri