16 
Mar
2021
15:51
132
31
2567
Virtual karabakh

Tikintiyə və istismara icazənin elektronlaşması barədə məlumat verilib - FOTO

16 Mar, 2021
15:51
2567

Tikintiyə və istismara icazənin elektronlaşması barədə məlumat verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 16-da dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində “Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulma” mövzusunda növbəti onlayn görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyə tikinti, kommunal xidmətlərə qoşulma sahələri üzrə daxil olmuş müraciətlər, sahibkarlar arasında keçirilmiş sorğular və görüşlər barədə məlumat verib, sorğuların nəticələrinin aidiyyəti qurumlara təqdim olunduğunu, sahibkarların çətinliklərinin dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapdığını vurğulayıb.  

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Ramazan Əliyev, “Azərişıq” ASC-nin sədrinin müşaviri Elsəvər Rüstəmli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şöbə müdirinin müavini Azər Məmmədov tikinti xammal ehtiyatlarının hasilatı, tikinti və istismara icazənin verilməsi, kommunal xidmətlərə qoşulma ilə bağlı aparılan islahatlar və bu sahədəki yeniliklər, xidmətlərin elektronlaşdırılması barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn görüş çərçivəsində həmçinin, tikintiyə və istismara icazəni asanlaşdıran “Bir pəncərə” sisteminə dair təqdimat keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri