31 
Mar
2021
18:17
42
460
2003
Virtual karabakh

Elman Rüstəmov Dünya Bankının direktoru ilə Azərbaycandakı vəziyyəti müzakirə etdi

31 Mar, 2021
18:17
2003

Elman Rüstəmov Dünya Bankının direktoru ilə Azərbaycandakı vəziyyəti müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.

AMB-dən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə Dünya Bankının ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak edib.

Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğuladı. O bildirib ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olub. Makroiqtisadi sabitlik qorunub və iqtisadi azalma minimal olub.

S.Molineus öz növbəsində Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib. Bildirilib ki, 2020-ci il həqiqətən həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir.

O əlavə edib ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək.

Qeyd edilib ki, sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində Dünya Bankı bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri