Apr
2021
12:42
7
100
1606
Virtual karabakh

Sığorta bazarında nə dəyişəcək? - Strategiya açıqlandı

8 Apr, 2021
12:42
1606

Sığorta bazarında nə dəyişəcək? - Strategiya açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı üç illik strategiya təsdiqlənib.

ASA-dan Oxu.Az-a verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Səkkiz strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri