Apr
2021
14:06
24
133
2547
Virtual karabakh

Dövlətə məxsus əmlaklar satılıb

8 Apr, 2021
14:06
2547

Dövlətə məxsus əmlaklar satılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, hərracda dörd dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Bakı şəhərində yerləşir. Hərracda, həmçinin “Daşkəsən Kəndkimya” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhm paketi də satılıb.

Məlumatda bildirilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri