Apr
2021
15:42
288
32
5386
Virtual karabakh

Deputat: “Ölkədən 1,1 milyard manat çıxaran yeddi bankın adı ictimailəşməlidir”

8 Apr, 2021
15:42
5386

Deputat: “Ölkədən 1,1 milyard manat çıxaran yeddi bankın adı ictimailəşməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədən çıxarılan vəsaitin məbləği kifayət qədər böyükdür”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Hesablama Palatasının hesabatında ən diqqətçəkən məqamlardan biri də odur ki, ölkədən 1,1 milyard manat gömrük rəsmiləşdirilməsi olmadan çıxarılıb.

Bildirilir ki, auditlə əhatə olunan dövrdə yeddi rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri ixrac olunub.

Hesabatda bildirilir ki, bunlar əsasən, ABŞ dolları və avro ilə olan pul banknotları olub.

Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb.

Deputat V.Bayramov bildirir ki, həmin əməliyyatların hansı banklar tərəfindən həyata keçirilməsi hesabata daxil edilməli idi.

“Ancaq Hesablama Palatasının hesabatında adlar çəkilmir”, - deyə V.Bayramov əlavə edib.

Millət vəkilinin sözlərinə görə, hesabatda bankların sayı göstərildiyinə görə, onların adları da ictimailəşməlidir.

Mərkəzi Bank isə açıqlamasında bəyan edib ki, 1,1 milyard manat qanunvericiliyin tələblərinə uyğun olaraq ölkədən çıxarılıb.

Bildirilib ki, bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri