Apr
2021
15:18
232
23
2786
Virtual karabakh

Bakı Limanı yeni terminallar inşa edəcək

8 Apr, 2021
15:18
2786

Bakı Limanı yeni terminallar inşa edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Limanı rəhbərliyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında onlayn görüş keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, görüşdə 2020-ci ilin yekunlarına toxunulub və COVID-19 pandemiyasına baxmayaraq Bakı Limanının ticarət dövriyyəsinin 20 faiz artdığı əlavə edilib.

Qeyd olunub ki, Türkmənistandan gübrə məhsullarının ixracının artması, Qazaxıstandan isə böyük taxıl idxalını da nəzərə alaraq mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır.

Bildirilib ki, Bakı Limanı Avropalı tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirir, Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə isə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunur.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 15 yanvar 2021-ci ildə Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb.

Memoranduma əsasən Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər beş gün ərzində Antverp və Şimal Dəniz Limanı ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri