12 
Apr
2021
18:00
178
39
1901
Virtual karabakh

Paytaxtın böyük hissəsində təbii qaz təchizatı yaxşılaşdırılacaq

12 Apr, 2021
18:00
1901

Paytaxtın böyük hissəsində təbii qaz təchizatı yaxşılaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

Diametri 530 mm olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir. İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub.

Təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri