13 
Apr
2021
12:42
12
153
2330
Virtual karabakh

Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb

13 Apr, 2021
12:42
2330

Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-2020-ci ilin yekun göstəricilərinə əsasən Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artaraq (393 min) 1 milyon 703 min 249 olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç illik hesabatında məlumat verilib.

Belə ki, 2018-ci ilin yekunu üzrə əmək müqavilələrinin sayı 1 milyon 401 min 938, 2019-cu ilin yekununda isə bu rəqəm 19,9 faiz artaraq 1 milyon 554 min 521 olub. Son olaraq pandemiya dövründə (2020-ci il) əmək müqavilələrinin sayı 2019-cu ilin yekun dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Bildirilib ki, 2018-2020-ci illərdə işlə təmin olunanların sayı 107 faiz artaraq 94 min nəfər olub. Eləcə də, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı bu dövrdə 11 dəfə artaraq 12 min 600 nəfər, ictimai işlə təmin olunanların sayı isə 55 dəfə artaraq 48 min nəfər təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri