13 
Apr
2021
13:54
163
29
1865
Virtual karabakh

Komitə sədri: “Dövlət orqanları prezidentin tapşırığından nəticə çıxarmayıblar”

13 Apr, 2021
13:54
1865

Komitə sədri: “Dövlət orqanları prezidentin tapşırığından nəticə çıxarmayıblar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aparılan yoxlamalar, təhlillər, monitorinqlərin nəticələri göstərir ki, heç də bütün dövlət orqanları ölkə başçısının büdcə vəsaitlərindən səmərəli istifadə etmək barədə qəti tapşırığından nəticə çıxarmayıblar”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

Komitə sədrinin sözlərinə görə, hesabatın təhlili bir çox məqamları üzə çıxarıb:

“Mühasibat uçotu, dövlət satınalmaları, dövlət investisiya layihələrinin icrası və digər prosedurlarda müəyyən edilən nöqsanlar bu sahədə daha ciddi və kompleks tədbirlərin görülməsini zəruri edir.

Proseslərin düzgün planlaşdırılması, elektronlaşması, subyektivlik amilinin minimuma endirilməsi, anlayışlara dəqiq tərifin verilməsi maliyyə intizamının güclənməsi üçün zəruri şərtlərə çevrilib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri