14 
Apr
2021
16:24
166
20
2518
Virtual karabakh

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə nə qədər yük daşınıb? - FOTO

14 Apr, 2021
16:24
2518

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə nə qədər yük daşınıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir.

Qatarla Türkiyədən ölkəmizə 588 ton yük gətirilib. Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.

Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu günə kimi 26 min 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 min 748 TEU olub. 2021-ci ilin birinci rübündə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artım olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri