15 
Apr
2021
11:36
26
157
2825
Virtual karabakh

“Azəriqaz” tədbirlər planına start verdi: Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq - FOTO

15 Apr, 2021
11:36
2825

“Azəriqaz” tədbirlər planına start verdi: Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planının icrasına start verib.

Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilib ki, tədbirlər planına uyğun olaraq korroziyaya uğramış və qəzalı şəraitdə olan qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, vətəndaş müraciətləri əsasında küçə xətlərinin çəkilməsi, qaz xətlərinə mövsümi qulluq, torpaq üzərinə düşən böyük diametrli qaz xətlərinin beton dirəklər üzərinə qaldırılması, abonent sayı artmış yerlərdə tələbata uyğun olmayan qaz kəmərlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi və s. işlər görüləcək.

Nəticədə minlərlə abonentin qaz təchizatı yaxşılaşacaq, şəbəkədə dayanıqlıq, fasiləsizlik, etibarlılıq təmin ediləcək.

Bu tədbirlərdən biri olaraq bu gün Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istifadəyə yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Eyni zamanda avtomobil yolunda təmir işləri aparıldığı bir vaxtda həmin ərazidən keçən qaz xətlərinə texniki baxışın aparılması üçün də yaxşı fürsət yaranıb. Belə olan halda bu yerdəki qaz kəmərlərinin əsaslı təmiri prosesi önə çəkilib ki, sonradan yolda bir daha qazıntı işi aparılmasın.

Bütün bu tədbirlərin icrası zamanı aprelin 15-də səhər saat 10:00-dan etibarən Azadlıq prospekti, M.Qaşqay, E.Tağızadə, E.Qasımzadə, A.Səhhət, S.Əsgərova, R.Axundov, S.Rəhimov, Ş.Bədəlbəyli, H.Ələsgərova, Q.Quliyev və digər bir neçə küçədə qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri