16 
Apr
2021
14:54
56
26
1208
Virtual karabakh

SOCAR hasilat rəqəmlərini açıqladı

16 Apr, 2021
14:54
1208

SOCAR hasilat rəqəmlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox neft hasil olunub.

Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, hasil edilən neftin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə sabit qalıb. 

Bu dövrdə SOCAR tərəfindən 1,9 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

Ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın neft (illik müqayisədə 5,4 faiz az) və 10,4 milyard kubmetrdən çox qaz (illik müqayisədə 4 faiz çox) hasil edilib.

Qeyd edilib ki, qaz hasilatında artım ilin birinci rübündə davam edib. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri