16 
Apr
2021
16:00
82
74
2434
Virtual karabakh

SOCAR-ın xaricə satdığı neft və qaz həcmləri məlum oldu - VİDEO

16 Apr, 2021
16:00
2434

SOCAR-ın xaricə satdığı neft və qaz həcmləri məlum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.

Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, neft ixracı həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz azalıb.

Bildirilib ki, rüb ərzində şirkət 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edib.

Əlavə edilib ki, SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir.

Ümumilikdə isə ölkədən yeddi milyon tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənib.

Qeyd edilib ki, bu dövr ərzində beş milyard kubmetrdən artıq qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur.

Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə əlaqələndirilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri