16 
Apr
2021
15:03
114
47
1639
Virtual karabakh

SOCAR neft məhsulları ixracını kəskin artırıb

16 Apr, 2021
15:03
1639

SOCAR neft məhsulları ixracını kəskin artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.

Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, üç ay ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri