16 
Apr
2021
15:45
158
17
2268
Virtual karabakh

Bakıda “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı

16 Apr, 2021
15:45
2268

Bakıda “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər ödəniş terminallarının dövriyyəyə buraxılmış yeni əsginasları qəbul etməməsi ilə bağlı istifadəçilərin qarşılaşdığı çətinliklər mətbuatda öz əksini tapır.

Məlumat üçün bildirmək istəyirik ki, əhalinin rahatlığı və maliyyə xidmətlərinin hər kəs üçün əlçatan olması yönündə daim fəaliyyət göstərən “Komtec” şirkəti “MilliÖN” terminallarında yeni əsginasların qəbulu üçün işlərini dayanmadan davam etdirir.

Əhalinin daha sıx yaşadığı bölgələrdə bu proses artıq tamamlanıb və Bakı, Sumqayıt və Abşeron rayon ərazisində bütün “MilliÖN” terminallarında yeni əsginaslarla ödəniş etmək mümkündür. Digər rayonlarımızda isə proses davam etdirilir və bəzi rayonlarda tam, bəzilərində isə qismən tamamlanıb.

Prosesin qısa zamanda tam olaraq bitirilməsi planlaşdırılır. “MilliÖN” markası bazarda ən çox tanınan ödəniş brendi olduğu üçün bəzi hallarda digər terminallarda yaranan çatışmamazlıqlar “MilliÖN” terminalları ilə asossiasiya olunur.

“Milli ödəmə nöqtəsi” devizi altında öz fəaliyyətini genişləndirən “MilliÖN” ödəmə terminalları şəbəkəsinin operatoru olan “Komtec” şirkəti əhalinin ödəniş xidmətlərinə əlçatanlığını daha da artırmaq məqsədi ilə günü gündən bütün rayon və kəndlərdə təmsil olunmağı prioritet istiqamət olaraq müəyyən edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri