17 
Apr
2021
12:36
117
27
3504
Virtual karabakh

Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI

17 Apr, 2021
12:36
3504

Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xaricə ixrac etdiyi əsas neft-qaz sektoruna daxil olmayan məhsulların həcmi və dəyəri barədə məlumat verilib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, əsas məhsullarda meyvə-tərəvəzin payı yüksək olub.

Meyvə-tərəvəz - 89,9 min ton çəkidə, 97,2 milyon dollar dəyərində ixrac baş tutub. Ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ixrac həcmi 6,3 faiz artsa da, ixrac dəyəri 14,1 faiz azalıb. İxrac edilən əsas meyvə-tərəvəz məhsulları aşağıdakılardır.

Tomat - 19,5 min ton (illik müqayisədə 40,4 faiz az) çəkidə, 21,2 milyon dollar (2 dəfə az) dəyərində pomidor ixrac edilib.

Meşə fındığı - 4,7 min ton (22,1 faiz az) həcmində, 29,1 milyon dollar (21,3 faiz az) dəyərində ixrac baş tutub.

Alma - 14,1 min ton (22,3 faiz az) həcmində, 5,6 milyon dollar (27,6 faiz az) dəyərində ixrac həyata keçirilib.

Xurma - 43,3 min ton həcmində, 31,9 milyon dollar dəyərində ixrac baş tutub. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 2,3 dəfə artıb.

Nar - ötən il əsas ixrac edilən məhsullar sırasına daxil olmayan bu məhsul üzrə cari ildə 1,9 min tona yaxın və 2,9 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Digər ixrac edilən əsas ərzaq məhsulları arasında aşağıdakılar var:

Çay - 265,7 ton (18,3 faiz az) həcmində, 2 milyon dollar (9,2 faiz az) dəyərində ixrac baş tutub. 

Bitki və heyvan mənşəli piylər və yağlar - 7,2 min ton (10,5 faiz çox) həcmində, 8,4 milyon dollar (37,5 faiz çox) dəyərində ixrac həyata keçirilib.

Şəkər - 17,9 min ton (2,5 dəfə çox) həcmində, 9 milyon dollar (3,4 dəfə çox) dəyərində ixrac baş tutub.

Tərəvəz və meyvələrin emal məhsulları - bu il ixrac edilən əsas məhsullar sırasına daxil edilib. Bu məhsul növləri üzrə 5 min tona yaxın, 5,9 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Alkoqollu və alkoqolsuz içkilər və sirkə - 3,4 milyon dollar dəyərində ixrac baş tutub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azdır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri