17 
Apr
2021
14:40
170
44
3141
Virtual karabakh

Plastmas satışından gəlirlərimiz ikiqat artıb

17 Apr, 2021
14:40
3141

Plastmas satışından gəlirlərimiz ikiqat artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Plastmas və onlardan hazırlanan məmulatların xaricə satış həcmində və dəyərində 2 dəfəyə qədər artım olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ilin ilk üç ayı ərzində Azərbaycan bu məhsulların ixracından 90,2 milyon dollar dəyərində gəlir əldə edib.

Belə ki, müvafiq dövrdə 117,2 min ton məhsul ixrac edilib. Bu məhsullar arasında polietilen, polipropilen və propilen var.

Polietilen -  35,1 milyon dollar dəyərində, 33,7 ton həcmində məhsul ixrac edilib və ixrac həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz, ixrac dəyəri isə 63,5 faiz artıb.

Polipropilen - 26,8 milyon dollar dəyərində, 24 tona yaxın məhsul ixracı baş tutub. 2020-ci ilin ilk üç ayı ilə müqayisədə ixrac həcmi cüzi - 3,8 faiz azalsa da, məhsulun ixrac dəyəri 26,9 faiz artıb.

Propilen - bu il ixrac edilən plastmas və onlardan hazırlanan məmulatlar siyahıya əlavə edilən məhsul üzrə ilin əvvəlindən 5,6 min ton həcmində və 7,8 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri