17 
Apr
2021
22:16
438
21
2573
Virtual karabakh

Ermənistanda xarici investisiyaların həcmi kəskin azalıb

17 Apr, 2021
22:16
2573

Ermənistanda xarici investisiyaların həcmi kəskin azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan respublikasının statistika komitəsi keçən ilki xarici investisiya göstəricilərini açıqlayıb.

Qeyd olunur ki, Ermənistana yatırılan sərmayələrin ümumi həcmi, 2019-cu ildəki 173 milyard 977 milyon dramdan 30 milyard 255 dramadək azalıb. 

Ermənistanda 2020-ci ildə birbaşa investisiyaların mənfi saldosu var. Başqa sözlə, ölkədən 7 milyard 109 milyon(13 milyon 454 min dollar) dram çıxarılıb. 

ABŞ-a gəldikdə bu ölkənin Ermənistandan çıxardığı vəsait 1 milyard 575 milyon(1 milyon 922 min dollar) dram təşkil edir.

Niderlandın Ermənistandan çıxardığı kapitalın dəyəri 21 milyard 432 milyon dram təşkil edir. 

Argentina, Çexiya və Ukrayna birbaşa investisiya həcmini azaldıb. 

Məsələn, Gürcüstan 199 milyon dram həcmində kapitalını Ermənistandan geri çəkib. 

Həmçinin Rusiya Federasiyası birbaşa investisiyalarını azaldıb.

Məsələn, 2020-ci ildə Rusiya Ermənistandan 46 milyard 899 milyon dram məbləğində investisiyasını çıxarıb.

2019-cu ilin eyni dövründə isə Rusiyadan birbaşa investisiyalar 12 milyard 592 milyon dram təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri