17 
Apr
2021
23:37
754
45
3015
Virtual karabakh

2021-ci il Türkiyənin inkişafında yeni bir sıçrayış dövrü olacaq

17 Apr, 2021
23:37
3015

2021-ci il Türkiyənin inkişafında yeni bir sıçrayış dövrü olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Türkiyənin iqtisadi inkişafında yeni sıçrayış dövrü olacaq.

"Anadolu" agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü videokonfrans vasitəsi ilə Dəclə çayı üzərindəki “Hasankeyf-2” körpüsünün açılış mərasimində deyib.

Türkiyə prezidenti Dəclə çayı üzərindəki körpünün inşasına 439 milyon türk lirəsi ( 92 milyon 936 min 300 manat) xərcləndiyini söyləyib. 

Qeyd olunur ki, 1001 metr uzunluğundakı körpü, Türkiyənin cənub-şərqindəki yeni Batman-Midyat yolunun vacib bir həlqəsidir və ölkədəki ən uzun körpülərdən biridir.

R.T.Ərdoğan öz çıxışında Türkiyəyə qarşı olan qüvvələrin fəaliyyətlərinə də toxunub:

“Ölkəmizi xaos və böhranlara qərq etmək istəyən, Türkiyənin inkişaf tempinin yavaşlayacağına ümid edən antitürk dairələrinin planlarının həyata keçirilməsinə icazə verməyəcəyik”.

Türkiyə Prezidenti son onilliklər ərzində Türkiyədəki hava limanlarının sayının 26-dan 56-ya yüksəldiyinə də diqqət çəkib.

“Türkiyəyə səfər edən əcnəbilər, ölkəmizin yollarının və körpülərinin keyfiyyətini, hava limanlarında xidmət səviyyəsindən heyranlıqla danışırlar. Vətəndaşlarımız artıq tibbi xidmətlər üçün xaricə səyahət etmirlər. Tam əksinə, hər il yüz minlərlə əcnəbi müalicə üçün Türkiyəyə gəlir”, - Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan Türkiyə hökumətinin koronavirus infeksiyası ilə mübarizə səylərinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini və Qərb mediasında nümunə olaraq göstərildiyini qeyd edib:

“Dünyanın 100-ə yaxın ölkəsində yaşayan sakinin peyvəndin birinci dozasına belə əlləri çatmadığı bir halda, Türkiyədə artıq 20 milyon doza vaksindən istifadə edilib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri