19 
Apr
2021
10:06
10
118
2700
Virtual karabakh

Mobil operatorların gəlirləri AÇIQLANDI

19 Apr, 2021
10:06
2700

Mobil operatorların gəlirləri AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-mart aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 531,2 milyon manatlıq xidmət göstərilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2,8 faiz azalıb.

Bildirilib ki, bu xidmətlərin 75,1 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 219 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu rəqəm 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 1,9 faiz azdır. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə mobil operatorlar tərəfindən 223,2 milyon manatlıq xidmət göstərilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri