20 
Apr
2021
16:50
28
116
4450
Virtual karabakh

“Xalq Bank” ilin ilk rübünün yekunlarını açıqladı

20 Apr, 2021
16:50
4450

“Xalq Bank” ilin ilk rübünün yekunlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 31 mart tarixinə olan maliyyə göstəricilərinə görə “Xalq Bank” ASC-nin cəmi aktivləri 2,130 milyard manat təşkil edib. Qeyd olunan tarixdə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1,412 milyard, depozit portfelinin həcmi isə 1,364 milyard manat təşkil edib.

Bank 2021-ci ilin ilk rübü ərzində 4,7 milyon manat xalis mənfəət əldə edib. 

Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,45 % (10,2 milyon manat) artaraq 426,970 milyon manat təşkil edib. 

“Xalq Bank” əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir.

Aprel ayının 14-də “Moody’s Investors Service” “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirib. 

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri