21 
Apr
2021
17:18
321
61
2107
Virtual karabakh

SOCAR Ukraynanın nəhəng zavodunu xammalla təchiz edə bilər

21 Apr, 2021
17:18
2107

SOCAR Ukraynanın nəhəng zavodunu xammalla təchiz edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” hazırda Odessa Liman Zavodunun tollinq prinsipi əsasında xammal təchizatı və hazır məhsul təhvili ilə bağlı elan etdiyi tenderdə iştirak edir.

Bu barədə Oxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, tender proseduru hələ yekunlaşmayıb və tender proseduruna mane olmamaq üçün təqdim olunan təklifin şərtləri tender müddətində açıqlanmır:

“Tollinq əməliyyatı zavodu xammal ilə təmin etmək və sonradan satış məqsədi ilə hazır məhsulu əldə etməkdən ibarətdir. Odessa Liman Zavodu ammiak və karbamid istehsal edir, xammalı isə təbii qazdır”.

Qeyd edək ki, Odessa Liman Zavodu Ukraynanın kimya sənayesində fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Zavod ammonyak, karbamid, maye azot, karbon dioksidi, maye oksigen, natrium sulfat istehsalında ixtisaslaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri