21 
Apr
2021
18:40
137
23
1317
Virtual karabakh

Xarici valyutada kreditlərin həcmi kəskin azalıb

2021-ci ilin aprel ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 918,2 milyon manatı təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz az, aylıq müqayisədə isə 0,08 faiz çoxdur.

Problemli kreditlərin həcmi 14 milyard 728 milyon manatlıq ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Kreditlərin milli valyuta həcmi 10 milyard 575 milyon manat olub. Manatla verilən kreditlərin həcmi illik müqayisədə 1,3 faiz, aylıq müqayisədə 1,6 faiz artıb.

Xarici valyutada verilən kreditlərin ümumi həcmi isə 4 milyard 153 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz, aylıq müqayisədə isə 1,4 faiz azdır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri