22 
Apr
2021
14:00
23
72
2519
Virtual karabakh

Subsidiya almaq üçün müraciətlərin bitmə müddəti açıqlandı - FOTO

22 Apr, 2021
14:00
2519

Subsidiya almaq üçün müraciətlərin bitmə müddəti açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yazlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti mayın 31-də başa çatır.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, aprelin 21-dək EKTİS-də 17 min 545 fermer 26 min 161 torpaq sahəsi üzrə yazlıq əkinləri bəyan edib. İndiyədək EKTİS-də ümumilikdə 32 min 828 hektar yazlıq əkin sahəsi bəyan olunub.

Yazlıq bitkilərə əsasən pambıq, kartof, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, tərəvəz və bostan bitkiləri daxildir. Pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyası almaq istəyən fermerlər də öz əkinlərini müəyyən edilən tarixə kimi mütləq bəyan etməlidir. Meyvə bağı sahibləri 31 mayadək EKTİS-də şəxsi kabinetlərinə daxil olaraq əvvəlki illər bəyan etmiş olduqları bağları barədə məlumatları yeniləməli, yeni bağlar salıblarsa, sistemə daxil etməlidir.

Qeyd edilib ki, iyun ayından etibarən yazlıq əkinlərlə bağlı monitorinqlərə başlanacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri