30 
Apr
2021
10:35
45
30
6947
Virtual karabakh

“Bank BTB”də “MİDA” ipoteka kreditlərinin satışı davam edir

30 Apr, 2021
10:35
6947

“Bank BTB”də “MİDA” ipoteka kreditlərinin satışı davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank BTB” əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli şərtlərlə mənzil əldə etmək istəyən şəxslərə AİKZF vəsaiti hesabına güzəştli “MİDA” ipoteka kreditini 1 günə rəsmiləşdirir.

Belə ki, güzəştli ipoteka kreditini illik 4 %-lə əldə etmək istəyən şəxslər “Bank BTB”nin filial şəbəkəsinə yaxınlaşaraq bu imkandan yararlana bilərlər.

Qeyd edək ki, güzəştli mənzillərin satışı ilə əlaqədar “MİDA” ilə “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb.

“Bank BTB” vasitəsilə 18 Dekabr 2020 tarixində “MİDA” MMC tərəfindən Hövsan Yaşayış Kompleksində satışa çıxarılan 501 mənzildən 185 mənzilin alınmasına 7 730 608 AZN olmaqla, 21 aprel 2021 tarixinə isə satışa çıxarılan 503 mənzildən 12 mənzilin alınması üçün 565 200 AZN həcmində kredit verilib və hal-hazırda satışlar davam edir.

Ümumilikdə bu günə kimi MİDA-nın satışa çıxardığı 988 mənzil AİKZF vəsaiti hesabına güzəştli ipoteka krediti ilə “Bank BTB” tərəfindən rəsmiləşdirilib.

Nəzərinizə çatdıraq ki, hazırda güzəştli mənzil əldə etmək üçün müraciət etmək mümkündür.

Güzəştli şərtlərlə mənzilə sahibi olmaq istəyənlər “Bank BTB”nin filial şəbəkəsinə, onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri