1 
May
2021
11:48
67
124
2462
yuxarı
Azərbaycan neftinin orta aylıq qiyməti aşağı düşüb
1 May, 2021
11:48
2462
67
124
Azərbaycan neftinin orta aylıq qiyməti aşağı düşüb
2021-ci ilin aprel ayında Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin orta qiyməti 64,83 ABŞ dollar dəyərində olub.
Oxu.Az-ın məlumatına görə, bu göstərici 2021-ci ilin mart ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 1,12 ABŞ dolları qədər və ya 1,7 faiz daha azdır.
Ötən ay neftin bir barelinin qiymətinin ən yüksək həddi 29 aprel tarixində qeydə alınıb və 67,71 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 7 aprel tarixində qeydə alınıb və məhsulun qiyməti 61,63 ABŞ dollarını təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti mart ayında 65,95 ABŞ dollarına bərabər olub.
Nigar Məmmədova
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
129
15
3609
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
93
9
737